Fevralın 20-21-də Kiyev şəhərində Ukrayna güləşçilərinin xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir keçirilib.
Sərbəst güləş üzrə yığmamızın üzvü, "İnter" PİK-in güləş bölməsinin yetirməsi Cərbayıl Həsənov (66 kq) birinci yeri tutub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalaımızın iştirak etdiyi turnirdə pəhləvanlarımız 6 medal – 3 qızıl, 3 bürünc medal qazanıblar.
əlavə edilmə : 23 / 02 / 2010
oxunma sayısı : 172
|