Georgi Nikolayeviç Nikolov

Doğulduğu yer və tarix: 20 aprel 1960-cı il, Yambol/Bolqarıstan
Vətəndaşlığı: Bolqarıstan
Ailə vəziyyəti: evlidir, iki övladı var
Vəzifəsi: prezident
Karyerası
1980-1984-cü illərdə Bolqarıstan Milli İdman Akademiyasını bitirmişdir. Bədən tərbiyəsi müəllimi və məşqçilik ixtisaslarına yiyələnmişdir. Bundan başqa, idman-turizm marketinqi və idarə olunması ixtisası üzrə akademiya təhsili almışdır. Alman və ingilis dillərini bilir (həm yazılı, həm də şifahi). Rus dilində də danışıb yazmağı bacarır. Kompüter biliyi yüksəkdir və bir neçə proqramda işləməyi yüksək səviyyədə mənimsəmişdir.
İxtisası üzrə Varna Universitetində pedaqoji fəaliyyət göstərmişdir. İdman meneceri kimi Avstriyada, Türkiyədə, Bolqarıstanda və Slovakiyada işləmiş, nəhəng idman-turizm kompleksinə rəhbərlik etmişdir. Bir sıra ictimai vəzifələri daşıyır. Bolqarıstan Ot üstə Xokkey Federasiyası İdarə Heyətinin üzvü, Bolqarıstan Peşəkar Futbol Liqasının məsləhətçisi, «Albena» Royal Qolf Klubunun və «Elit» Tennis Klubunun sədridir.
Bir sıra Avropa ölkələrinin futbol federasıyaları, futbol klubları və tanınmış məşqçiləri ilə sıx peşəkar və dostluq əlaqələri var. «İnter» Peşəkar İdman Klubunun prezidenti vəzifəsinə təyin olunmamışdan əvvəl Varna şəhər merinin (Bolqarıstan) idman məsələləri üzrə müavini vəzifəsində çalışmışdır.