Yaranma tarixi: 2004-cü il

«İnter» Peşəkar İdman Klubunda futbolun əsaslı inkişaf etdirilməsi istiqamətində görülən çox mühüm işlərdən biri də uşaq-gənclər futbol məktəbinin yaradılması olmuşdur. Təcrübəli və gənc məşqçilər qısa vaxtda müxtəlif yaş qrupları üzrə bölmələri təşkil edə bilmişlər. Hazırda azı 8 yaş təvəllüdü üzrə fəaliyyət göstərən qruplarda 200-ə yaxın uşaq və yeniyetmə futbolun sirlərini öyrənir. Onların inkişafı və əsl futbolçu kimi yetişməsi üçün klub rəhbərliyi diqqət və qayğısını daim artırır. Bunun nəticəsidir ki, «İnter» UGFM-nin komandaları Bakı və Azərbaycan birinciliklərində uğurla çıxış edir və oyun təcrübəsi toplayırlar.
Ana səhifə Klub Tarix Mövsüm Şəfa İSK Azarkeş Klubu Qalereya Xəbərlər Əlaqə