"Şəfa" yenidən xidmətinizdədir
"Şəfa" İdman və Sağlamlıq Kompleksinin ərazisində yerləşən hovuz, kişi və qadın trenajor salonları kapital təmirdən sonra müştərilərin istifadəsinə verilmişdir. Avropa standartlarına uyğun təmir olunmuş hovuzun havalandırma və su təmizləyici sistemi yüksək texnoloji meyarlara uyğundur. Sauna otağı təmir olunmuş kompleksdə kişi trenajor salonundan əlavə qadın trenajor salonu da yaradılmışdır. Hər iki trenajor salonunda tələb olunan yüksək keyfiyyətli trenajor qurğuları var.