Güdo bölməsi də diqqət mərkəzindədir
"İnter" klubunun diqqət mərkəzində caxladığı bölmələrdən biri də cüdodur. Rauf Vəliyevin rəhbərliyi altında məşq edən ilmançılarımız istər yerli, istərsə də beynəlxalq turnirlərdə fərqlənməyə çalışmış və bir çox hallarda vətənə yüksək mükafatlarla dönmüşlər. Məsələn, 13-19 oktyabr 2006-cı il tarixdə Türkiyədə keçirilmiş beynəlxalq turnirdə Rəşid Şəmizadə(46 kiloqram) və Orxan Səfərov(83 kiloqram) I, Musa Mehdiyev(38 kiloqram) isə III yeri tutmuşdur.


Baş məşqçi Rauf Vəliyev

19-21 oktyabr 2006-cı ildə keçirilmiş Azərbaycan Çempionatında Qədir Qədirov(100 kiloqram) I, Emin Qədirov(100 kiloqram) II, Azər Musayev (100 kiloqram) isə III yeri tutmuşlar. 2006-cı ildə keçirilmiş beynəlxalq turnirdə Orxan Hacıağalı I yerə çıxmışdır.


Oktyabrın 13-14-də Bakida cüdo üzrə kişilər arasında dünya kuboku uğrunda turnirdə 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Elxan Məmmədov Litva, Fransa, Turkiyə və Latviya idmançılarını məğlub edərək qızıl medal qazanmışdır. Bununla da idmançımız Olimpiadaya lisenziya əldə etmişdir.
Ana səhifə Klub Tarix Mövsüm Şəfa İSK Azarkeş Klubu Qalereya Xəbərlər Əlaqə