Universal Döyüş
«İnter» Peşəkar İdman Klubunda Universal Döyüş növlərinin inkişafı da diqqət mərkəzindədir.
«İnter» Peşəkar İdman Klubunun « Universal döyüş» bölməsi 2005-ci ildən fəaliyyətə başlamışdır. Qısa zaman ərzində yaranmasına baxmayaraq bölmənin idmançıları (60 kiloqram çəki dərəcəsində Rüstəm Cəfərov II- yer, 70 kiloqram çəki dərəcəsində Mehman Həsənov III yer, 80 kiloqram çəki dərəcəsində Vüqar Ocaqverdiyev I yer, 85 kiloqram çəki dərəcəsində Rəşad Ocaqverdiyev I yer) 24-28 mart 2005-ci il tarixində Universal döyüş növləri üzrə kişilər arasında keçirilmiş Respublika Çempionatında xüsusi fərqlənmişlər. Eyni sözləri 5-8 sentyabr 2005-ci il tarixində keçirilmiş Vİ Dünya Çempionatı barəsində də demək olar. Belə ki, bu əhəmiyyətli yarışda 60 kiloqram çəki dərəcəsində Pərviz Əliyev İİİ yeri, 75 kiloqram çəki dərəcəsində Nicat Tağıyev İ yeri, 90 kiloqram çəki dərəcəsində Rəşad Ocaqverdiyev, gənclər arasında isə 55 kiloqram çəki dərəcəsində Vasif Vəliyev və 70 kiloqram çəki dərəcəsində Vüqar Ocaqverdiyev İ yeri tutmuşlar. Yeniyetmələr də rəqiblərindən fərqləndiklərini də nümayiş etdirmişlər. Belə ki, 45 kiloqram çəki dərəcəsində Orxan Qasımov və 50 kiloqram çəki dərəcəsində Elman Alışov İ yeri tutmuşlar.
31 avqust-03 sentyabr 2006-cı il tarixində Vİİ Dünya Çempionatında 60 kiloqram çəki dərəcəsində Pərviz Əliyev, 65 kiloqram çəki dərəcəsində Ramil Məmmədov,70 kiloqram çəki dərəcəsində Nicat Tağıyev və 95 kiloqram çəki dərəcəsində Ceyhun Söhbətov İİİ yerlə kifayətlənmişlər.
Baş məşqçi Azər Həsənovdur

UNİVERSAL DÖYÜŞ - VII DÜNYA ÇEMPİONATI - 2006-09-07
Dünya çempionatından 4 bürünc medalla...
Avqustun 31-dən sentyabrın 5-dək Rusiyanın Kalininqrad şəhərində universal döyüş idman növü üzrə 7-ci dünya çempionatı keçirilmişdir. 46 ölkənin qatıldığı çempionatda Azərbaycan yığması da geniş heyətlə iştirak etmişdir.
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov:
- İlk olaraq onu qeyd edim ki, əvvəlki çempionatlarla müqayisədə təşkilatçılıq səviyyəsindən çox razı qaldıq. Bu çempionat eyni zamanda son illər universal döyüşə bütün dünyada marağın xeyli artdığını nümayiş etdirdi. Biz də bu mötəbər yarışa ciddi hazırlaşmış və böyük həvəslə qoşulmuşduq. 14 nəfərlik idmançı heyətimizin əsasını “İnter” Peşəkar İdman Klubunun universal döyüşçüləri təşkil edirdi. Mən komandamızın üzvlərinin medallara layiq yer tutacağına inanırdım və yarımfinaladək işlər heç də pis getmirdi. 4 idmançımız uğurla döyüşərək bu mərhələyə gəlib çıxmışdı. Pərviz Əliyevin (“İnter”, 60 kq.), Ramil Məmmədovun (65 kq.), Nicat Tağıyevin (“İnter”, 70 kq.) və Ceyhun Söhbətovun (95 kq.) dünya çempionu titulunu qazanacağına ümid edirdik. Təəssüf ki, onlar yarımfinalda rəqiblərinə uduzub 3-cü yerlə kifayətləndilər və Vətənə bürünc müdallarla döndülər. Lakin etiraf edək ki, dünya çempionatından Azərbaycana 4 bürünc medalla qayıtmağın, 46 komanda arasında 6-cı yeri tutmağın özü də uğurdur.
Mən Azərbaycan yığma komandası üzvlərinin böyük əksəriyyətinə sponsorluq etdiyinə və ölkəmizdə universal döyüş növünün inkişafına xüsusi diqqət və qayğı göstərdiyinə görə “İnter” Peşəkar İdman Klubunun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. “İnter”in bu xeyirxah münasibətinə idmançılarımız qarşıdan gələn nüfuzlu yarışlarda daha yüksək nəticələr əldə etməklə cavab verəcəklər.
UNIVERSAL DÖYÜŞ 2006-09-01
Azər HƏSƏNOV: “VƏTƏNƏ QIZIL MEDALLA DÖNMƏK NİYYƏTİNDƏYİK”
Azərbaycanın universal döyüşçülərdən ibarət yığma komandası VII dünya çempionatında iştirak etmək üçün 2006-cı il avqust ayının 30-da gecə Rusiyanın Kalininqrad şəhərinə yola düşmüşdür.
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti və “İnter” Peşəkar İdman Klubu universal döyüş bölməsinin rəhbəri Azər Həsənov yola düşməzdən öncə bildirmişdir ki, komandanın əsasını “İnter”li idmançılar təşkil edir. Məqsədimiz bu mötəbər yarışda uğurla çıxış edib mükafata layiq yerlər tutmaq, o cümlədən qızıl medal qazanmaqdır. Mən bu arzumuzun gerçəkləşəcəyinə inanıram. İnşallah, çempionatda Azərbaycanın şərəfini ləyaqətlə qoruyub sentyabrın 5-də Vətənə başıuca qayıdacağıq.



