Güləş bölməsı də fərqlənir

Azərbaycanda güləş idman növü kimi həmişə sevilmişdir. Təsadüfi deyil ki, dünyanın məşhur güləşçiləri arasında azərbaycanlı idmançılar da var. "İnter" klubunun nəzdində fəaliyyət göstərən güləş bölməsinin idmançıları da istərsə yerli, istərsə də beynəlxalq turnirlərdə yüksək nailiyyətlər zldə etmişlər. Belə ki, 04-07 oktyabr 2006-cı ildə Bakıda Yunan-Roma güləşi üzrə keçirilmiş birincilikdə 55 və 120 kiloqram çəki dərəcələrində çıxış edən Natiq Bağırov və Araz Cəfərov I yeri tutmuşlar. 

05-07 yanvar 2007-ci ildə Yunan-Roma və sərbəst güləş üzrə keçirilmiş Azərbaycan Çempionatında 120 kiloqram çəki dərəcəsində çıxış edən Araz Cəfərov (60 kiloqram) I yerə çıxmışdır. Həmin yarışmada cıxış edən Zakir Abdullayev (60 kiloqram) I, Malik Zalov (96 kiloqram) isə III yerə cıxmışlar.


Bölmənin baş məşqçisi Akif Əliyevdir

«İnter» güləşçilərinin uğuru 2007-01-17

12-24 yanvar 2007-ci il tarixində Bakı şəhərində şəhid Müşviq İsayevin xatirəsinə həsr olunmuş Sərbət güləş üzrə yeniyetmələr arasında Beynəlxalq turnir keçirilmişdir. Həmin turnirdə «İnter» Peşəkar İdman Klubunun güləşçiləri də iştirak etmişlər. Yunan-Roma güləşi üzrə Araz Cəfərov 120 kiloqram çəki dəcərəsində rəqidlərinə aman verməyərək İ yerə çıxmışdır. 60 kiloqram çəki dərəcəsində Zakir Abdullayev İİ yeri, 96 kiloqram çəki dərəcəsində Malik Zalov isə İİ yeri tutmuşlar.

Sərbəst güləş üzrə də «interçilər» yüksək nəticələr nümayiş etdirmişlər. Belə ki, 84 çəki dərəcəsində Nicat Əlicanov və 96 kiloqram çəki dərəcəsində Vüqar Qurbanov turnirin qalibləri olmuşlar. 55 kiloqram çəki dərəcəsində Allahverdi Vəliyev və 60 kiloqram çəki dərəcəsində Cəbrayıl Həsənov İİİ yeri tutmuşlar. 84 kiloqram çəki dərəcəsində çıxış edən Ziya Əliyev isə İİİ yerlə kifayətli olmuşdur.

Güləşçimiş Türkiyədən qayıtmışdır 2006-11-12

2006-cı ilin noyabr ayının 1-dən 5-dək Türkiyənin Antalya şəhərində güləş tarixində ilk dəfə olaraq çimərlik güləşi üzrə Dünya Çempionatı və Türk Milli Güləşi üzrə Dünya Festivalı keçirilmişdir. Yarışda «İnter» PİK-i Ayaz Cəfərov təmsil etmişdir. Rəqiblərinə ciddi müqavimət göstərən C. Ayaz 120 kiloqram çəkidə 5-ci yeri, Türk Milli Güləşi üzrə Dünya Festivalı çərçivəsində İ yeri tutmuşdur.

İdmançımızı təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.

Pəhlivanlarımızın uğuru 2006-09-13


Dağıstan Xalq Məclisinin deputatı, Dağıstan Dövlət Pedoqoji Universitetinin professoru İsmayıl İsmayılovun şərəfinə təşkil olunmuş turnirə, Rusiyanın regionları da daxil olmaqla, güclü güləşçilərdən ibarət 15 komanda qatılmışdı. “İnter” Peşəkar İdman Klubu güləş bölməsinin baş məşqçisi Akif Əliyev turnir haqqında təəssüratlarını bizimlə bölüşür:

- Belə tədbirlərdə iştirak etməyin çox böyük əhəmiyyəti var. Bu kimi turnirlərdə pəhləvanlarımız təcrübə toplayır, özlərini daha nüfuzlu beynəlxalq yarışlara hazırlayırlar. Dağıstana səfərimizin nəticələrini uğurlu saymaq olar. Biz xüsusilə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının çıxışını yüksək qiymətləndiririk. 7 güləşçimizdən 6-nın medal qazanması həqiqətən də diqqətəlayiq nailiyyətdir. Həmin medallardan 2-nin qızıl, 2-nin gümüş və 2-nin bürünc olması komanda hesabında da Azərbaycanı yunan-Roma güləşi üzrə birinci yerə çıxardı. Sevindirici haldır ki, bu uğurun qazanılması üçün “İnter” Peşəkar İdman Klubunun üzvləri də öz layiqli töhfələrini verdilər. “İnter”li pəhləvanlar Namiq Bağırov 55 kq. çəki dərəcəsində 1-ci, Elgiz Məmmədov isə 74 kq. çəki dərəcəsində 2-ci yeri tutmaqla ümidlərimizi doğrultdular. Daha bir pəhləvanımız – “İnter” Peşəkar İdman Klubu güləş bölməsinin üzvü Allahverdi Vəliyev də sərbəst üsulla yarışanların mübarizəsində mükafata layiq yer tutaraq (55 kq.) Vətənə bürünc medalla döndü.

Mən bütün güləşçilərimiz adından klubumuzun rəhbərliyinə minnətdarlığımı bildirir, bizə göstərilən hərtərəfli diqqət və qayğının nəticəsi olaraq bundan sonra da qatılacağımız yarışlarda yüksək yerlər tutmaqla Azərbaycanın və “İnter”in idman şərəfini ləyaqətlə qorumağa çalışacağıq.

Ana səhifə Klub Tarix Mövsüm Şəfa İSK Azarkeş Klubu Qalereya Xəbərlər Əlaqə