|
90+
|
|
Beləliklə, görüşün baş hakimi Elvin Əsgərov final fitini səsləndirir və matç başa çatır. "İnter" komandası səfərdə vacib qələbə qazanır. "Simurq"-"İnter" 0:2.
|
|
86
|
|
"Sİmurq" künc zərbəsini yerinə yetirir. Robertas Poşkus başla qapıya zərbə endirir və top dirəyə tuş gəlir.
|
|
85
|
|
Nizami Hacıyev Enyo Krastovçevə ötürmə edir və bolqar futbolçu topu qapıdan keçirir-0:2.
|
|
83
|
|
"İnter"in heyətində sonuncu dəyişiklik. İbrahima Niassenin əvəzinə meydana Asif Mirili daxil olur.
|
|
80
|
|
Bu dəqiqələrdə oyun əsasən mərkəzdə keçir.
|
|
77
|
|
"Simurq"un heyətində ikinci dəyişiklik edilir. Daniel Genovun əvəzinə meydana Kristap Qrebis daxil olur.
|
|
76
|
|
Asif Məmmədov qapıçıyla üz-üzə qalsa da, zərbə əvəzinə daha əlverişli mövqedə yer alan Nizami hacıyevə ötürmə edir, lakin Nizami topa zərbə endirə bilmir.
|
|
74
|
|
Nizami Hacıyevin cərimə zərbəsindən qapıya zərbə endirsə də, qapıçı Adnan Xodziç komandasını qoldan xilas edir.
|
|
73
|
|
Asif Məmmədovun ötürməsindən sonra Nizami Hacıyev topa çata bilmədi.
|
|
72
|
|
Oyun bərpa olunur. "Simurq"un heyətində ilk əvəzetmə baş tutur. Qərib İbrahimovun əvəzinə meydana Əli Bağırov daxil olur.
|
|
71
|
|
Meydana kənar əşya atıldığına görə oyunda qısa fasilə yaranıb.
|
|
67
|
|
"Simurq"un baş məşqçisi Serqey Yuran görüşün baş hakimi Elvin Əsgərov tərəfindən texniki zonadan qovulur.
|
|
65
|
|
"İnter" təhlükəli əks-hücum təşkil edir, amma həm İbrahima Niasse həm də Enyo Krastovçevin zərbələrindən sonra top müdafiəçilərə dəyir.
|
|
64
|
|
DİQQƏT!!!Bİr az əvvəl "Simurq"un heyətində qırmızı vərəqəni Qərib İbrahimov-yox, İlkin Qırtımov almışdı. Texniki səhvə görə sizdən üzr istəyirik!
|
|
63
|
|
"İnter"in heyətində ikinci dəyişiklik edilir. Baçana Tsxadadzenin əvəzinə meydana Enyo Krastovçev daxil olur.
|
|
60
|
|
Asif Məmmədovun cinah ötürməsinə İbrahima Niasse çata bilmir.
|
|
55
|
|
Baçana Tsxadadzeni dirsəyilə vurduğuna görə "Simurq"un futbolçusu Qərib İbrahimov qırmızı vərəqə alaraq meydandan qovuldu.
|
|
52
|
|
İndi isə Arif Daşdəmirov sarı vərəqə alır.
|
|
49
|
|
Baçana Tsxadadze kobud oynadığına görə baş hakim Elvin Əsgərov tərəfindən sarı vərəqəylə cəzalandırılır.
|
|
47
|
|
"Simurq" künc zərbəsini yerinə yetirir-Daniel Genovun başla zərbəsi qapının üstündən keçdi.
|
|
46
|
|
Fasilədə "İnter"in heyətində birinci dəyişiklik edildi. Samir Zərgərovun əvəzinə meydana Nizami Hacıyev daxil oldu.
|
|
46
|
|
İkinci hissəyə start verildi
|
|
45
|
|
Birinci hissə başa çatır. "Simurq"-"İnter" 0:1
|
|
45
|
|
Birinci hissənin əsas vaxtına 1 dəqiqə əlavə olundu.
|
|
44
|
|
Arif Daşdəmirov qapı istiqamətınə asma edır, Asif Məmmədov başla topu Samir Zərgərova ötürür, lakin sonuncu zərbə endirə bilmir.
|
|
35
|
|
Tsxadadzenin əla ötürməsindən sonra Samir Zərgərov qapıçıyla üz-üzə qala bilərdi, amma son anda Xodziç mövqeyini tərk edərək topa sahib ola bildi.
|
|
34
|
|
İlia Kandelaki sol cinahdan yaxşı ötürmə edir, lakin Baçana Tsxadadzenin zərbəsini qapıçı Adnan Xodziç qaytarır.
|
|
33
|
|
"Simurq"un futbolçusu Aleksandr Şemonyaev sarı vərəqə alır.
|
|
31
|
|
Robertas Poşkusun ötürməsindən sonra Daniel Genov qapıya zərbə endirir, amma onun vuruşu qeyri-dəqiq alınır.
|
|
30
|
|
İbrahima Niasse topu ələ keçirsə də, hücumun davamında Samir Zərgətov topu itirdi
|
|
25
|
|
Poşkusun cərimə zərbəsindən vurduğu top canlı səddən geri qayıtdı
|
|
23
|
|
"Simurq" müəyyən təşəbbüsə malikdir, amma hələ ki, ev sahibləri təhlükəli hücum təşkil etməkdə çətinlik çəkirlər
|
|
22
|
|
Bu dəqiqələrdə oyun əsasən mərkəzdə keçir.
|
|
15
|
|
Andrey Rubins cərimə meydançasının xaricindən təhlükəli zərbə endirir, lakin "İnter"in qapıçısı Giorqi Lomaya komandasını qoldan xilas edir.
|
|
13
|
|
Baçana Tsxadadze penalti zərbəsini dəqiq yerinə yetiri rvə "İnter"i hesabda irəli çıxarır-0:1
|
|
12
|
|
"Simurq"un futbolçuları öz cərimə meydançasında Asif Məmmədova qarşı qaydanı pozurlar və görüşün baş hakimi Elvin Əsgərov ev sahiblərin qapısına onbirmetrlik cərimə zərbəsi təyin edir
|
|
8
|
|
"Simurq"un əks hücumu zamanı A.Rubins qapıçı ilə üz-üzə qalsa da zırbısi yandan keçir
|
|
2
|
|
Asif Məmmədovun künc zərbəsindən cərimə meydançasına göndərdiyi topa V.Levin zərbə endirsə də top qapının üstündən keçir
|
|
1
|
|
Oyun başladı
|
Baxılıb: 3306