Bu gün “İnter” və “Standard” komandalarının əvəzedici heyətləri arasında görüş keçirilib. “Şəfa” stadionunda keçirilən qarşılaşma 5:0 "İnter"in xeyrinə başa çatıb.
Bu gün komandamız məşq
etdi. Xatırladaq ki, təlim-məşq toplanışını Türkiyədə keçirən “İnter” sabah
Unibank Premyer Liqasının XVIII turu çərçivəsində Salyanın “Muğan” komandasını
qəbul edəcək.
Bu gün “İnter” və “Muğan” komandalarının əvəzedici heyətləri arasında görüş keçirilib. “Şəfa” stadionunda keçirilən qarşılaşma 1:0 "İnter"in xeyrinə başa çatıb. Komandamızın qolunu Sənan Bayramov vurub.
Bu gün “Şəfa” İdman-Sağlamlıq Kompleksinin ərazisində yerləşən “İnter” kafesində “İnter” Azarkeş Klubunun təşkilatşılığı və İnter” Peşəkar İdman Klubunun dəstəyilə 2 fevral Gənclər Gününə və Azarkeş Klubun yenilənmiş saytının təqdimatına həsr olunmuş tədbir keçirildi.